Türkiyə aviaşirkətləri Şimali İraqa uçuşları dayandırır.

Unikal.org-un "Hürriyyətə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Ərbildəki baş konsulluğunun bəyanatında deyilir.
Qeyd olunur ki, "Türk hava yolları, "Atlas Global və "Pegasus şirkətlərinin Ərbil və Süleymaniyyə istiqamətində aviareysləri sentyabrın 29-dan həyata keçirilməyəcək.
Xatırladaq ki, bu gün İraqın şimalındakı kürd muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumunun nəticələri açıqlanıb. Bölgənin seçki qurumu səsvermədə iştirak edənlərin 92,73%-nin müstəqilliyə "hə" dediyini bəyan edib. Səsvermədə seçicilərin 72%-nin iştirak etdiyi bildirilir.