Əfqanıstanın paytaxtı Kabil hava limanının ərazisi raket atəşinə məruz qalıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb.
"Tolo News telekanalı aeroport ərazisinə 30-dək mərminin düşdüyü barədə məlumat verib. Hücuma görə məsuliyyəti əvvəl "Taliban hərəkatı, daha sonra isə İŞİD öz üzərinə götürüb.