Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraqda müstəqillik uğrunda keçirilmiş referendumla bağlı növbbəti sərt açıqlama verib.
Unikal.org xəbər verir ki, prezident Polis Akademiyasının məzunları qarşısında çıxış edərək İraq Kürd Regional İdarənin başçısı Məsud Bərzanin ünvanına növbbəti sərt açıqlama verib.
"Şimali İraq Regional Rəhbərliyi mənasız bir şəkildə başlatdığı müstəqillik təşəbbüsü sanki özünü odun ortasına atmış kimi görünür. Kim sənin müstəqilliyini tanıyır? Kosova öz müstəqilliyini elan edib. Nə olsun? Heç kim, buranın müstəqilliyini tanımır. Belə müstəqil olmaq istəyənləri çox görmüşük. Oturduğunuz yerdə durun. Pulunuz, möhürünüz, neftiniz var, yerinizdə rahat oturun. Bu müstəqilliyi tanıyan bir dövlət olacaq. Kimsə sizin müstəqilliyinizi tanımayacaq. 350 kilometrlik bir sərhədiniz var. Bizdən müstəqil olmanızla bağlı icazə aldınızmı? İranla danışdınızmı? Yox'.
Əroğan hesab edib ki, Bərazaninin bu addımı müharibə ilə nəticələnəcəyi qaçılmazdır.