Aviasərnişinlərin qeydiyyatı zamanı kompüterlərdə baş vermiş nasazlıq dünya aeroportlarında böyük növbələr yaratmaqla, reysləri iflic edib.
Unikal.org-un məlumatına görə, nasazlıq "Amadeus Altea"nın proqram təminatında baş verib.
Məlumata görə, Londonda Hitroy və Qatvik, Parisdə Şarl de Qol adına hava limanı, Vaşinqtonda Reyqan adına hava limanı, eləcə də Sürix, Melburn və Sinqapur aeroportlarının işində ciddi problemlər yaranıb.