Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Unikal.org xəbər verir ki, Ərdoğan Putini prezident sarayının önündə qarşılayıb.

Liderlər jurnalistlər qarşısında əl sıxışıb və daha sonra təkbətək və heyətlərarası görüşlərə başlayıb.

Tərəflərin Suriya və İraq böhranı başda olmaqla, regional və beynəlxalq problemləri müzakirə edəcəyi bildirilib.

Həmçinin Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket komplekləri ilə də bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir.

Qeyd edək ki, Su-24 böhranından sonra bu, Putinin Türkiyəyə 2-ci səfəridir. (axar.az)