Mövlut Uysal İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib.

Unikal.org-un məlumatına görə, o, 179 səslə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan rəqibinə qalib gəlib.

İstanbulun bundan əvvəlki bələdiyyə sədri Kadir Topbaş bir neçə gün əvvəl istefa verib. O, 2004-cü ildən bəri bu vəzifədə idi.