Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında Ankarada keçirilən danışıqlar 1,5 saatdan çox davam edib.
Unikal.org-un xəbərinə görə, bu barədə "RİA Novostinin müxbiri məlumat verib.
Bakı vaxtı ilə saat 20.10-da başlayan danışıqların əsas mövzularının Suriyadakı vəziyyət, xüsusən, bu ölkədəki təhlükəsizlik zonalarında Rusiya və Türkiyə Silahlı Qüvvələrinin addımlarının əlaqələndirilməsi, İraqın kürd muxtariyyətində müstəqillik referendumu, ikitərəfli münasibətlərin müxtəlif aspektləri olacağı bildirilmişdi. Tərəflərin həmçinin "Türk axını qaz borusu və "Akkuyu AES-nin tikintisi, habelə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirə edəcəyi bildirilmişdi.
Hazırda görüş geniş tərkibdə davam edir.