Dəfələrlə mətbuatda ölüm xəbəri yayılan İŞİD lideri Əl-Bağdadinin sağ olduğu məlum olub.
Unikal.org azvision-a istinadən xəbər verir ki, Bağdadi tərəfdarlarına audiomüraciət ünvanlayıb.
Səs yazısı İŞİD-ə yaxın internet saytlarında yerləşdirilib.
Əl-Bağdadi çıxışında İŞİD-lə Suriya və İraq hökumət qüvvələri arasında baş verənlərədən xəbərdar olduğunu deyib. O, həmçinin son günlər Şimali Koreya ilə ABŞ arasında yaşanan diplomatik qalmaqaldan da danışıb.
Məlumata görə, Əl-Bağdadi müraciəti sentyabr ayında hazırlayıb. Onun harada olduğunu isə heç kim bilmir.
Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi bu ilin iyununda aviazərbələr nəticəsində İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin öldürülməsi haqda məlumat yaymışdı. Hətta bəzi KİV-lərdə Bağdadinn ölümünü əks etdirən fotolar da dərc olunmuşdu.