Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna tərəfindən məxfi əməkdaşlığa cəlb olunan iki agenti deşifrə edib.

Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Simferopol şəhərində keçirilən xüsusi əməliyyat zamanı iki Rusiya vətəndaşı - Anna Stanislavovna ve Dmitri Aleksandroviç saxlanılıb.
Onların Qara dəniz donanması haqqında gizli məlumatları Ukraynayın təhlükəsizlik orqanlarına ötürdüyü məlum olub.
Saxlanılan şəxslər ilkin dindirilmə zamanı günahlarını etiraf ediblər.
Barələrində vətənə xəyanət maddəsi ilə cinayət işi açılan agentləri 20 ilə qədər həbs gözləyir.