Rusiyada hərbçi yoldaşlarını güllələyən əsgərin kimliyi məlum olub.

Unikal.org azvision-a istinadən istinadən xəbər verir ki, hərbi hissədə 3 nəfəri güllələyərək öldürən, iki nəfəri isə yaralayan şəxs dağıstanlı 1994-cü il təvəllüdlü Həsən Əbdüləhədovdur.

Məlumata görə, o, 2017-ci ilin sentyabrında hərbi xidmətə çağırılıb.

Əbdüləhədov hərbi hissədə keçirilən təlim zamanı odlu silahdan atəş açaraq 1 zabit və 2 əsgəri öldürüb. Daha sonra isə 2 hərbçini yaralayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.