Türkiyədə 42 yaşlı qadın və 22 yaşlı qızı eyni gündə ana olublar.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Konya şəhərində yaşayan eyni həftədə həmilə qalan, Suriyalı 42 yaşlı Fatma Birinci və 21 yaşlı Äžade Birinci qızı eyni gündə uşaq dünyaya gətiriblər. Uşaqların hər ikisi oğlandır. 

Övlad dünyaya gətirən ana və qızı uşaqlarrın adını "Recep" ve "Tayyip" qoyublar. 'Rəcəb' 4 kiloqram, 'Tayyib' isə 2 kilo 980 qramdır. Həkimlər ana və uşaqların sağlamlıq durumlarında problem olmadığını deyiblər.

Onlar 3 il əvvəl Suriyada baş verən Vətəndaş müharibəsinə görə ölkələrin tərk edib, Türkiyəyə sığınıblar.