Türkiyədə 11 terrorçu hərbçilər tərəfindənzərərsizləşdirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Şırnak vilayətində həyata keçirilən antiterror əməliyyatı zamanı 6 terrorçu zərərsizləşdirilib. Həmçinin Diyarbəkirdə də terror əleyhinə keçirilən əməliyyat zamanı daha 5 terrorçu zərərsizləşdirilib.

Bununla yanaşı, İraqın şimalına qaçan 5 terrorçu da təhlükəsizlik qüvvələrinə təslim olub. Terrorçulardan xeyli miqdarda silah-sursat müsadirə edilib.