Kataloniyada müstəqillik haqqında referendumun gedişində polis əməkdaşları ilə baş vermiş toqquşmalarda 337 nəfər xəsarət alıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kataloniyanın hakimiyyət orqanları məlumat yayıb.
Muxtar qurumdan yayılan məlumata görə xəsarət alanların sayı 300-ü ötüb.
"337 nəfər xəsarət və zədə alıb. Onlardan biri ağır vəziyyətdədir. Biz insanlara xəstəxanalara və Kataloniyanın hüquq-mühafizə orqanlarına müraciət etməyi çağırırıq", - deyə Jordi Turul mətbuat konfransında bildirib.