Hindistanda 44 yaşlı Vijay Parsana inəkləri ilə yaşamağa qərar verdiyinə görə, ailəsi ilə boşanıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Vijay Parsana inəklərini çox sevdiyindən, həyat yoldaşını və iki uşağını da tərk edib. O bu addımına səbəb kimi, inəklərinə vaxt ayıra bilməməsini göstərib.
Artıq 5 ildir inəklərlə yaşayan 44 yaşlı kişi bu sözləri deyib:
"Hindistanda inək müqəddəs heyvan sayılır. Ona görə mən inəkləri çox sevirəm. Həm də onlarla yatıb-duranda sağlamlığıma çox müsbət təsir göstərir".
Vijay Parsana həmçinin su əvəzinə inək sidiyini də içdiyini deyib:
"22 ildir inək siyini su kimi içirəm. Bu da mənim sağlamlığıma çox müsbət təsir göstərir.