Qazaxıstanda benzinin satış qiyməti bahalaşıb.

Unikal.org "Sputnik istinadən xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində Ai-92 markalı benzinin bir litrinin qiyməti 151 tenge olub.

"Qazpromneft Ai-95 markalı benizinin 1 litrini 164 tengeyə, Ai-92 benzinin 1 litrini 151 tengeyə, dizel yanacağının litrini isə 150 tengeyə təklif edir.

"Aurika yanacaqdoldurma məntəqələrində isə bu qiymətkər müvafiq olaraq 169 tenge, 151 tenge, 159 tengedir.

"Royal Petrolun yanacaqdoldurma məntəqələrində isə Ai-98 benzini 170 tengeyə, Ai-95 - 164 tengeyə, Ai-92 - 150 tengeyə, dizel yanacağı 148 tengeyə satılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına görə, 1 Qazaxıstan tengesinin məzənnəsi 0,0050 manatdır.