İŞİD terror təşkilatı ABŞ-ın Las Veqas şəhərindəki hücumun məsuliyyətini öz üzərinə götürüb.
Unikal.org Reuters-a istinadən xəbər verir ki, bu barədə terror təşkilatına aid olan saytda məlumat dərc edilib.
Hadisəni törədən 64 yaşlı Stiven Paddokun özünü öldürüb. Hadisə yerindən 10 yaxın silah götürülüb. Terrorçunun Asiya əslli olduğu təxmin edilən yoldaşı Marilou Danley də tutulub.
Xatırladaq ki, oktyabrın 2-nə keçən gecə Las-Veqasda "Route 91" kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insan izdihamını atəşə tutub. Nəticədə 50 nəfər ölüb, 406 nəfər yaralanıb.