ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 515 nəfər yaralanıb.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Las-Veqasın şerifi Cosef Lombardo bəyan edib.
O, ölü sayının artacağını istisna etməyib.
Qeyd edək ki, bu gecə "Mandalay Bay hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.
Bu arada isə bildirilib ki, ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını atəşə tutan Stiven Peddokun terror qruplaşmaları ilə əlaqəsi olmayıb.
Bunu Federal Təhqiqatlar Bürosunun (FTB) Las-Veqas üzrə nümayəndəsi Aaron Rauz bəyan edib.
"Hazırda Stiven Peddokun terror qruplaşmaları ilə əlaqəli olduğu təsdiqini tapmayıb. Araşdırma davam edir, deyə A.Rauz bildirib.
İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.