Meksikanın Qvadalaxara şəhəri yaxınlığında ağır yol qəzası baş verib.

Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusun aşması nəticəsində 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Məlumata əsasən, 11 nəfər hadisə yerində, daha 4-ü xəstəxanada ölüb. Hadisəyə səbəb sürüşkən yol və yağışlı hava şəraiti olub.