Ankara şəhərinin meri İbrahim Melih Gökçek istefa verə bilər.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Gökçekin istefasını hakim Ədalət və İnkişaf Partiyası (AKP) tələb edib.
Bu addımın səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, bu məsələ barədə danışıan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan M.Gökçekin istefasının istisna olmadığını deyib.
Bir müddət əvvəl Türkiyə prezidenti partiyanın bir sıra üzvlərinin istefa verməsini tələb etmişdi. Bu, AKP-də gözlənilən bir sıra islahatlarla bağlı olub. O,1994-cü ildən Ankaranın meri vəzifəsini icra edir.