ABŞ-ın Las-Veqas şəhərində konsert zamanı 59 nəfəri öldürən, 517 nəfəri yaralayan 64 yaşlı ABŞ vətəndaşı Stefen Paddokın evində polis axtarış aparıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Paddokın Las Vegasdan 130 kilometr aralıqda   yerləşən Mesquıte bölgədəki evində 18 silah, minlərlə güllə, tannerit adlı partlayıcı və bomba istehsalında istifadə edilən ammonium nitrat maddəsi tapılıb.

ABŞ təhlükəsizlik orqanların əməkdaşları dünən 59 adamın ölümü, 517 adamın yaralanmasıyla nəticələnən Las Vegas hücumunu təşkil etdən təcavüzkarın şəxsiyyətini 64 yaşındakı Stefen Paddok olaraq təsbit edib.

Paddok Amerikan vətəndaşı olduğu və ilkin ehtimalla hücumu tək başına etdiyi açıqlanıb. Polis həmçinin terrorçu ilə birlikdə yaşayan Avstraliya pasaportlu, Asiya mənşəli bir qadının izahatını alıb və günahının olmadığı üçün sərbəst buraxıb.