Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ramazan Abdulatipovun Dağıstan Respublikasının başçısı vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.

Unikal.org TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Dövlət Dumasının vitse-spikeri Vladimir Vasilyev respublika başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.