Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub. İlkin məlumata görə, atışma nəticəsində 8 nəfər həlak olub.

Unikal.org xəbər verir ki, insidentin universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədildiyi güman edilir.

Qeyd olunur ki, T. Bekmansurov bu yaxınlarda sosial şəbəkələrdə hücum planı barədə ətraflı məlumat və silahı necə almasına dair paylaşım edib.

***

11:42

Rusiyanın Perm şəhərində universitetə girən silahlıə şəxs  4  nəfəri  öldürüb. 

Unikal.org xəbər verir ki, bu barədə universitetin mətbuat şöbəsi məlumat yayıb. İnsident  nəticəsində 3  nəfər ağır  yaralanıb. Terrorçu şəxs  polis  tərəfindən  zərərsizləşdirilib. Araşdırma aparılır. 

***11:09

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

Unikal.org-un məlumatına görə, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, azı bir nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.