Bazar günü günortadan sonra İspaniyanın Kanar adalarının La Palma adasında vulkan püskürməyə başlayıb.

Unikal.org xəbər verir ki, püskürmədən sonra adadan 5 min ilə 10 min arasında insan təxliyə edilib.

Bildirilib ki, Cumbre Viejo (Old Peak) vulkanı La Palma adasında 20 mindən çox zəlzələnin qeydə alındığı son bir həftədən sonra püskürüb. 

Mütəxəssislər vulkanın bier neçə həftə püskürəcəyini istisna etməyib. 

Qeyd edək ki, təbii fəlakət nəticəsində tələfat olmasa da, adanın cənub-qərb sahilində dənizə doğru irəliləyən lava axını nəticəsində bir neçə mülk, eləcə də meşəlik və otlaq sahələri məhv olub. 

Ağarza Elçinoğlu