Cape Town yaxınlığındakı Simonstown sahillərində 63 Afrika pinqvininin ölüsü tapılıb.

Unikal.org "BBC"yə istinadən xəbər verir ki, onların arı hücumu nəticəsində tələf olduğu müəyyən edilib. Bildirilib ki, onlar nəsli kəsilməkdə olan pinqvinlər idi. 

Müayinələrdə pinqvinlərin əksərən gözlərinin ətrafının sancıldığı müəyyən edilib.

Cənubi Afrika Milli Parklar Agentliyindən verilən məlumata gprə, sözügedən nadir hadisə ətraflı araşdırılır. 

Hazırda əksəriyyəti Cənubi Afrika və Namibiya sahillərində yaşayan Afrika pinqvinləri nəsli kəsilmək riski altındadır.