Sabah Ermənistan müstəqilliyinin 30 illiyini qeyd etmək niyyətindədir. 

Unikal.org xəbər verir ki, Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış Ermənistan Silahlı Qüvvələrinin bölmələri də Respublikasının müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlər zamanı yürüş edəcək.

Bildirilib ki, tədbirlər ölkənin bütün əyalətlərində keçiriləcək.

Bundan əlavə, Ermənistanda xalqın əksəriyyəti və Qarabağ erməniləri son 10 gündür ki, Qarabağ döyüşlərində biyabırçı məğlubiyyəti və xeyli sayda can itkisini nəzərə alaraq, hökumətdən 21 sentyabr müstəqillik gününü təntənəli şəkildə qeyd etməmələrini tələb ediblər. 

Sözügedən məsələ ilə bağlı paytaxt İrəvanda və digər bölgələrdə bir sıra aksiyalar təşkil olunub. Polislə toqquşmalar baş verib. Hələ ötən gün İrəvanda keçirilən kütləvi etirazlar zamanı 21-dən çox vətəndaş polis tərəfindən həbs edilib. 

Lakin müxalifət sabahkı təntənəli keçid və bayram tədbirinə birmənalı olaraq mane olmaq niyyətindədir.

Ağarza Elçinoğlu