ABŞ-da yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 42 milyonu ötüb.
Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin tərtib etdiyi məlumatda qeyd olunub.
Virus səbəbindən ölənlərin sayı 673 min 770-ə çatıb.
Yoluxanların sayının ən çox olduğu ştat Kaliforniyadır. Burada 4.6 milyondan çox yoluxma aşkarlanıb. Bunun ardınca Txas və Florida ştatları gəlir.
Qeyd edək ki, ABŞ-da 18 yaşdan yuxarı əhalinin 76 faizindən çoxuna koronavirus əleyhinə peyvəndin birinci dozası, 65%-nə hər iki dozası vurulub.