“KXDR -in nüvə proqramı fəal şəkildə davam edir, bunun çərçivəsində uran zənginləşdirilir”.
Unikal.org xəbər verir ki, bunu MAQATE-nin Baş direktoru Rafael Qrossi bəyan edib. Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikasında nüvə proqramı plutonyum, uranın zənginləşdirilməsi və digər fəaliyyətlərlə sürətlə davam edir.
Qeyd edək ki, MAQATE Şimali Koreyanın Yonbyondakı nüvə kompleksi üçün plutonium istehsal edən reaktorunu yenidən işə salmasından şübhələnir. İyulun əvvəlindən bəri bunu sübut edən bəzi əlamətlər, məsələn, soyutmaq üçün suyun axıdılması müşahidə olunur.
Bu reaktor 2018-ci ilin dekabrından bəri işləmir. Və işinin bərpası Pxenyanın nüvə proqramını BMT qətnamələrini pozaraq davam etdirdiyini deməyə əsas verir.