Sabiq prezident Robert Köçəryan Ermənistanın müstəqilliyinin 30-cu ildönümündə  qeyd  edilən şənliyin  mənasız  olduğunu  dilə  gətirib.  

Unikal.org xəbər verir ki,  o,  bu barədə jurnalistlərə  açıqlamasında deyib. Köçəryan Ermənistanın Qarabağ  müharibəsindəki məğlubiyyətindən sonra  bu  bayramın qeyd edilməsini növbəti  biabırçılıq  adlandırıb. 

"Bu gün müstəqilliyimizin otuzuncu ildönümünüdür. Amma bu əlamətdar gündə hiss etməli olduğumuz heç bir sevinc yoxdur. Ağır məğlubiyyətdən, ərazi itkilərindən, suverenliyimizin və minlərlə taleyin məhv edilməsindən sonra bu bayramı ilk dəfə qeyd edirik. Suverenliyimizi, vətəndaşlarımızı müdafiə edə bilmirik, amma müstəqilliyimizi təntənə  ilə  keçiririk.  Biz  30 illik  dövrümüzdə ölkəyə güc və geosiyasi dəyər verən, qürur duyduğumuz "Artsaxı" itirdik. Buna görə bayram edirik?  Dövlətlər milli birliyə əsaslanaraq milli rifah sayəsində qurulur. Məğlubiyyəti simvolizə edən orqanlar ilham və yaradılış mənbəyi ola bilməz". 

Gülayə  Mecid