Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 21-də ABŞ-a işgüzar səfər edəcək.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyasında iştirak edəcək. Səfər zamanı onun digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Mirzoyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşəcək.