İsrailin Maqhar şəhərinin cənubundakı Mansoura bölgəsində meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşır. 

Unikal.org xəbər verir ki, bölgəyə çoxlu sayda yanğınsöndürən göndərilsə də, yanğının qarşısının alınması üçün işlər hələ də davam etdirilir.

"Yanğınsöndürmə briqadaları və xilasedicilər, yanğını söndürməyə və Mansoura bölgəsindəki evlərə və hərbi bazalara yayılmasının qarşısını almağa çalışırlar", - deyə rəsmi mənbələr bildirib.  

Qeyd edək ki, indiyə qədər bölgədə heç bir təxliyyə əmrinin verilmədiyi və xəsarət alanların olmadığı deyilir. 

Yanğının səbəbi hələlik məlum deyil.

Ağarza Elçinoğlu