Rusiya, Çin və Pakistan nümayəndələri Kabildə “Taliban” hökuməti ilə görüş keçirir.
Unikal.org xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Əhmədullah Müttəki "Twitter" səhifəsində məlumat yayıb.
O qeyd edib ki, Əfqanıstanın baş naziri Molla Məhəmməd Həsən Axund Rusiya, Çin və Pakistanın nümayəndələri ilə görüş keçirir. Görüşdə xarici işlər, maliyyə nazirləri və hökumətin digər üzvləri iştirak edir.
Xatırladaq ki, danışıqlarda Rusiyanı prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Pakistanı Kabildəki səfiri Mansur Əhməd Xan, Çini Əfqanıstandakı diplomatik missiyasının rəhbəri Van Yu təmsil edir.
Danışıqların digər detalları açıqlanmayıb.