İtaliyanın Siciliya adasında yerləşən 3,326 metr hündürlüyə malik Etna vulkanının cənub-şərqindəki krater üç həftə sonra yenidən lava püskürüb.
Unikal.org xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Vulkan püskürməsi səhər saatlarında qeydə alınıb və təxminən 3 saat davam edib. Vulkanın külü 9000 metr yüksəkliyə çatıb
Etnanın aktivliyi bu il artıb. İlin əvvəlindən vulkanın 50 dəfədən çox püskürdüyü qeyd olunur.