Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" tipli döyüş təyyarələri Atatürk Beynəlxalq Hava Limanında keçirilən "Texnofest-2021" festivalındakı aviaşouda uçuşlarını həyata keçirir. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, "SOLOTÜRK"lə birgə edilən uçuşlar zamanı havaya ilk bizim təyyarələr qalxıb. 

"İlk olaraq "MİQ-29" havaya qalxdı, aktobatik hərəkətlərilə gözdolduran tamaşa sərgilədi", - deyə məlumatda bildirilib.  

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd "MİQ-29" qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.

Ağarza Elçinoğlu