"Çin heç bir şəraitdə və heç zaman digər dövlətlərə hücum etməyəcək, heç kimi sıxışdırmayacaq və hegemonluğa çalışmayacaq".
Unikal.org xəbər verir ki, bunu Çin Xalq Respublikasının rəhbəri Si Cinpin BMT-dəki çıxışı zamanı bəyan edib.
O, ilin sonunadək Çindən digər ölkələrə 2 milyard doza COVID-19 vaksini tədarük ediləcəyini bildirib.
Həmçinin, dövlət başçısı yoxsul ölkələrə 100 milyon doza peyvəndin qarşılıqsız veriləcəyini qeyd edib.
Ağarza Elçinoğlu