Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. 

Unikal.org xəbər verir ki,  Lavrov görüşdən əvvəl jurnalistlərlə zarafat edərək "Uşaqlar, şansınızı zorlamayın, Rusiya NATO-ya qoşulmayacaq" deyib.

Lavrovun  bu sözlərindən sonra, NATO baş katibi Stoltenberqin  gülüşü də kameralara əks olunub. 

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, görüşdə Rusiya ilə NATO arasındakı münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib. 

Gülayə Mecid