İranda ötən sutka ərzində 317 nəfər koronavirusdan (COVID-19) ölüb, 16 362 nəfər də bu virusa nəfər yoluxub.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 118 508 nəfərə, yoluxanların sayı isə 5 493 591 nəfərə çatıb. Virus daşıyıcılarından 6 586 nəfərin vəziyyəti ağır qiymətləndirilir.