Fransa prezidenti Emanuel Macron və amerikalı həmkarı Co Bayden telefon danışığı aparıblar.

Unikal.org xəbər verir ki, liderlər iki ölkə arasında etimadın qurulması üçün şərait yaratmağa yönəlmiş geniş ikitərəfli məsləhətləşmə prosesinə başlamaq qərarına gəliblər. Onlar oktyabrın sonunda Avropada görüş keçirməyi razılaşdırıblar.

Telefon danışığı zamanı dövlət başçıları, həmçinin, Avstraliya, İngiltərə və ABŞ-ı da əhatə edən yeni təhlükəsizlik ortaqlığının (AUKUS) yaradılmasını müzakirə ediblər.