Gələn həftə Cenevrədə Birləşmiş Ştatlar və Rusiya strateji sabitliyə dair danışıqlar aparacaq.
Unikal.org "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Sallivan bildirib.
"Prezidentlər Bayden və Putinin Cenevrədə baş tutan sammitindən sonra ABŞ və Rusiya strateji sabitliyə dair danışıqlar aparacaq. Danışıqlar gələn həftə baş tutacaq", - deyə ABŞ səfiri bildirib.
O, həmçinin qeyd edib ki, Moskva və Vaşinqton kibertəhlükəsizliyə dair dialoq aparacaq.
Qeyd edək ki, Rusiya və ABŞ nümayəndə heyətinin Cenevrədə növbəti görüşü sentyabrın 30-na planlaşdırılıb.
Ağarza Elçinoğlu