Ermənistan parlamentinin müxalif "Hayastan" və "Pativ Unem" blokları bu gün növbədənkənar sessiyanı boykot ediblər. 

Unikal.org xəbər verir ki, gündəmdəki məsələlərin - bir sıra şəhərlərin, şəhər və kəndlərin bələdiyyələrə birləşdirilməsinin qanunsuz, eləcə də konstitusiyaya zidd olduğunu iddia ediblər.

"Hayastan" blokunun katibi Artsvik Minasyan çıxışı zamanı bildirib ki, prezident Armen Sarkisyandan bu mövzuya diqqət yetirməyi tələb edib. 

Daha sonra hər iki blokun millət vəkilləri iclası tərk ediblər. 

Qeyd edək ki, qanun layihəsi 441 icmanın 37 genişləndirilmiş icmaya birləşdirilməsini nəzərdə tutur. 

Ağarza Elçinoğlu