ABŞ-ın Dərman və Qida İdarəsinin (FDA) keçmiş direktoru Dr. Skott Qottlieb koronavirusla bağlı bəzi açıqlamalar verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı mütəxəssis dünyada böhrana səbəb olan koronavirusun mutasiyalara uğraması onun daha da yayılmasına şərait yaratdığını dilə gətirib:
"Delta dalğası gözlənilməz deyildi. Mövcud toxunulmazlıq başqa bir variantla pozulmasa, Delta variantı infeksiyanın son böyük dalğası olacaq".
Həkim fəsil dəyişkənliyi ilə əlaqədər qrip hallarını artması yenidən pandemiyanın baş qaldırmasına səbəb olacağını da vurğulayıb.
"Qrip, Covid-19 virusuna yoluxmaları və ölümləri daha da artıra bilər. Çətinlik ondadır ki, artıq qripə sahibik və əgər qriplə yayılan Covid-19 varsa, ölümlər və xəstəliklər bu iki yoluxucu xəstəliyin törətdiyi cəmiyyət üçün çox ağır olacaq".
Qottlieb son olaraq ictimai yerlərdə könüllü olaraq maska taxmasının vacibliyini vurğulayıb.
Gülayə Mecid