Hindistanın paytaxtı Dehlidə məhkəmə binasına silahlı hücum edilib.
Unikal.org xəbər verir ki, binaya daxil olan 2 nəfər özünü vəkil təqdim edib. Onlar məhkəmə zalına daxil olaraq, hindistanlı quldur dəstəsinin rəhbəri Jitendra Gogiyə atəş açıblar.
Silahlı insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Silahlı şəxslər polis tərəfindən zərərsizləşdiriblər. Onların Gogi ilə düşmənçiliyi olduğu ortaya çıxıb.
Hadisə ilə bağlı cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.