Hollandiyanın üçüncü böyük şəhəri olan Haaqada üç min etirazçı pandemiya ilə əlaqədar tətbiq olunan bəzi məhdudiyyətlərə qarşı aksiya keçirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar restoranlar, festivallar, konsertlər və digər tədbirlərə gedərkən vaksin sənədi və ya koronavirus testi tələb olunmasına qarşı çıxıblar.
Etirazçılar əlində koronavirusla bağlı tələblərin ləğv edilməsini əks etdirən plakatlarla şəhərin mərkəzinə doğru irəliləyiblər. Nümayiş səbəbindən tramvayların hərəkəti iflic olub, küçələrə isə xeyli sayda polis cəlb edilib. Qeyd edək ki, Hollandiyada əhalinin 79.6% -i peyvəndin hər iki dozasını vurdurub.