“Ermənistan sülh prosesini bərpa etməyə hazırdır”.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan XİN rəhbəri BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Tərəflər bölgədə sabitlik və təhlükəsizlik üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında sülh prosesinin bərpasının vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, Mirzoyan Ermənistanın birgə bəyanatları dəstəklədiyini ifadə edib: “Tərəflər təcili humanitar problemlərin həlli ilə bağlı fikir mübadiləsi apardılar. Görüşdə Ermənistan XİN başçısı Ermənistan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə Qarabağla bağlı sülh prosesini bərpa etməyə hazır olduğunu bildirdi”.
Əlavə olunub ki, gərginliyin azaldılması və humanitar məsələlərin həllinə ehtiyac var.
Həmsədrlər problemlərin hərtərəfli həlli yollarını tapmaq üçün mandatlarına uyğun olaraq işləməyə davam edəcəklərini bildiriblər.