Ermənistan ordusunda hərbi xidmət müddəti 20 faiz azaldıla bilər.
Unikal.org xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ordudakı islahatlarla bağlı bütün proseslər 2021-2026-cı illər üçün nəzərdə tutulub. Qriqoryan əsas diqqətin peşəkar ordunun yaradılmasına, avtomatlaşdırılmış komanda-idarəetmə sisteminin tətbiqinə yönəldiyini qeyd edib.
Buna səbəb kimi, katib 44 günlük müharibə zamanı idarəetmə sistemində ciddi problemlər yaşanmasını göstərib.