"Əgər həkimimdən səhhətimlə bağlı pis xəbər eşitsəm, o zaman 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyimi geri götürərəm. Ancaq bunu heç gözləmirəm".
Unikal.org xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Bunlar Tanrıdan gələn şeylərdir. Ancaq mən özümü çox yaxşı hiss edirəm”, - Tramp bildirib.