Bu gün səhər saatlarında İranın Kirman vilayətində zəlzələ baş verib.
Unikal.org Tehran Universitetinin Seysmoloji Mərkəzinin açıqlamasına istinadla xəbər verir ki, zəlzələnin gücü 4,5 bal gücündə olub. Zəlzələdən sonra 2,7 bal gücündə ikinci təkan da qeydə alınıb.
İnsan tələfatı və dağıntılar haqqında hələlik məlumat yoxdur. Hadisə yerinə təcili olaraq xilasedici və tibbi yardım göndərilib.