ABŞ Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar Suriyanın Deyr əz-Zor əyalətindəki Fərat çayının şərq sahilində əməliyyat keçirib.
Unikal.org xəbər verir ki, əməliyyat zamanı amerikalı hərbçilər yaşayış binalarına və köməkçi tikililərə atəş açıblar.
Məlumata görə, əməliyyat zamanı azı 3 mülki şəxs ölüb.
Oxşar əməliyyat Deyr əz-Zor əyalətinin şimalındakı Basitain və Əl-Jasemi kəndlərində də həyata keçirilib.