Futbol üzrə Slovakiya yığmasının UEFA Millətlər Liqasında Estoniya və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb.

"Unikal" Slovakiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 27 futbolçu dəvət olunub.

Qapıçılar: Martin Dubravka, Marek Rodak, Henrix Ravas;

Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qember, Denis Vavro, Milan Şkrinyar, Lübomir Şatka, Adam Obert, David Hantsko, Samuel Kozlovski;

Yarımmüdafiəçilər: Matuş Bero, Yuray Kuçka, Tomas Riqo, Stanislav Lobotka, Ondrey Duda, Peter Pokorni, Laslo Beneş

Hücumçular: David Yuriş, Tomas Suslov, İvan Şranz, David Ştrelets, Robert Bojenik, Leo Sauer, Lukas Haraşlin.

Qeyd edək ki, sentyabrın 5-də Estoniya seçməsinin qonağı olacaq Slovakiya yığması 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.

*** 16:53

Futbol üzrə Millətlər Liqasının C1 qrupunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

"Unikal" xəbər verir ki, biletlərin qiymətləri 2-20 avro (təxminən 4-38 manat) arasında dəyişir.

Qeyd edək ki, Slovakiya - Azərbaycan oyunu sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma 12 min tamaşaçı tutumuna malik "Koşice Football Arena" stadionunda keçiriləcək.