Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətinin sərhəd rayonlarına hücumu zamanı itirdiyi hərbçilərinin sayı 8,5 mini keçib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

"Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna 8500-dən çox hərbi qulluqçu, 80 tank, 37 piyada döyüş maşını, 69 zirehli transportyor, 537 zirehli döyüş maşını, 249 avtomobil, 62 artilleriya qurğusu, 16 reaktiv yaylım atəşi qurğusunu itirib",-  məlumatda qeyd olunub. 

Gülayə Mecid