ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bir günlük "McDonalds"da işləyib.

"Unikal" xəbər verir ki, o, gəncliyində fast food restoranları şəbəkəsində işlədiyini söyləyən demokrat rəqibi Kamala Harrisə inanmadığını bildirərək, getdiyi restoranda kartof qızardıb, müştərilərə xidmət edib.

Tramp onu gözləyənləri "Hər kəsə salam, bu gün bu restoranda ilk iş günümdür, mən iş axtarıram", -deyə salamlayıb.

Zərifə Nağıyeva